Azərbaycan lideri Fransanın azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəstəyini yüksək qiymətləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır".
BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda əksini tapıb.
"Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə ölkənizin göstərdiyi diqqəti alqışlayırıq", - deyə məktubda vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Fransa Prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, mətndə...