Azərbaycan, İran, Rusiya və Qazaxıstan HDQ-ləri strateji əməkdaşlıq sazişi imzaladılar
Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyi təmin etmək və əməkdaşlığı gücləndirmək məqsədilə strateji saziş imzalayıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sənədin imzalanması Sankt-Peterburqda (Rusiya) keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası çərçivəsində baş tutub.
Sazişdə vurğulanır ki, heç bir xarici dövlət və ya regiondan kənar qüvvə Xəzər dənizinin daxili məsələlərinə müdaxilə etmək hüququna malik olmayacaq.
Həmçinin, sənəddə xüsusi olaraq bildirilib ki, Xəzər dənizinin təhlükəsizliyi yalnız beş sahilyanı dövlət - Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən təmin edilməlidir.
Oxşar xəbərlər
İlham Əliyev audit sahəsinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konf...