Ayrılmadıqlarını bu FOTO ilə sübut etdilər
18
may
2024
14:54
Dünya mətbuatında Hollivudun məşhur cütlüyü Cennifer Lopezlə Ben Afflekin evlilik həyatında problemlər yaşadığı iddia edilirdi.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyə yaxın olan mənbələrdən biri onların hətta ayrılıq dərəcəsinə çatdığını qeyd edib.
Şayiələrdən sonra "Bennifer" cütlüyü ilk dəfə Los Ancelesdə birlikdə görüntülənib.
Cenniferin uşaqları Benin Qarnerdən dünyaya gələn övladı ilə şouya baxmağa gediblər.
Lopezlə Afflekin fotoları da həmin vaxtı çəkilib. Bu görüntülərlə də məşhur cütlük ayrılmadığını bir daha sübut edib.
Qalereya
Oxşar xəbərlər
Bürclər ayrılanda hansı reaksiyanı verirlər? - SİYAHI
Bəzi insanlar üçün sevgilisindən və ya həyat yoldaşından ayrılmaq dünyanın ən dəhşətli hadisəsidir. “Ayrılıq” sözü onlar üçün ölümə bərabərdir. Lakin bəziləri ü...