Aydın Kərimov: Yaxın aylarda Şuşada üçüncü yaşayış kompleksinin inşasına başlanılacaq
Gələn il Şuşada bərpa-qurululuq işləri davam edəcək. Hazırda Şuşa şəhərində intensiv tikinti işləri aparılır, iki yaşayış kompleksinin inşasına start verilib. Yaxın aylarda üçüncü yaşayış kompleksinin inşasına da başlanılacaq.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Gələn ilin sonu - 2027-ci ilin əvvəlində mərhələli olaraq binaları şuşalıların istifadəsi verəcəyik. Keçmiş məcburi köçkünlərin növbəti köç dalğası baş tutacaq. Yaxın aylarda Sadıqcanın ev muzeyinin bərpası bitəcək. Altı tarixi abidədə konservasiya layihələri həyata keçirilərək tamamlanacaq. Bundan başqa, bir neçə layihə də yekunlaşacaq. Şəhərin mərkəzi olan Qarabağ küçəsində inşa olunan binaların daxilində tamamlama işləri gedir. Bu, şəhərdə mehmanxana xidmətinin daha yaxşı olmasına imkan verəcək", - deyə A. Kərimov bildirib.
Oxşar xəbərlər
Türkiyənin "Bayraktar Akıncı" PUA-sı Bakı səmasında
Bu gün Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyənin "Bayraktar Akıncı" PUA-sı Bakı səmasında uçuş h...