Avroparlament iclaslarını məhdudlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa parlamenti COVID-19 virusunun yayılması ilə bağlı qabaqlayıcı tədbirlər qismində bu həftə yalnız bir iclas keçirəcək.
BAKU.WS xəbər verir ki, ilkin olaraq Strasburqda bir neçə iclasın keçirilməsi planlaşdırılmışdı. Amma virusun yayılması nəzərə alınaraq, Avroparlament əvvəlcə riskli səfərlərdən qaçmaq üçün Brüsseldə qalmağı qərara alıb. Daha sonra yalnız bir dəfə iclas keçirmək və bununla da “virus tətili” elan etmək qərarına gəlib.
Bir sıra deputatlar bunun ağıllı addım və başqaları üçün nümunə olduğunu vurğulayıb. Digərləri isə bununla Avroparlamentin epidemiya təhlükəsi qarşısında öz acizliyini nümayiş etdirdiyini bildirib.
Oxşar xəbərlər
KORONAVİRUSLA BAĞLI ŞAD XƏBƏR: 60 mindən çox xəstə sağalıb
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 107 min 725 nəfərdən 60 min 660 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sağ...