Avropa dövlətləri Qəddafinin qızını “qara siyahı”dan çıxardı
22
apr
2021
21:44
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafinin adı Avropa İttifaqının “qara siyahı”sından çıxarılıb.
BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, Avropa məhkəməsi hesab edir ki, A.Qəddafi artıq beynəlxalq sülhə və bölgədəki təhlükəsizliyə təhdid yaratmır.
Məhkəmənin qərarına əsasən, Aişə Qəddafi artıq uzun müddətdir Liviyada yaşamır və ölkənin siyasi proseslərində iştirak etmir.
Qeyd edək ki, bir şəxsin Avropa dövlətlərinin sanksiya siyahısına daxil edilməsi və ya xaric edilməsi qərarı Avropa İttifaqı üzv dövlətləri tərəfindən yekdilliklə qəbul edilir.
Oxşar xəbərlər
AB uyğurlara verilən işgəncə səbəbilə Çinə sanksiya tətbiq etdi
Avropa Birliyi ölkələri Çinin Uyğur Muxtar Respublikasında uyğurlara qarşı olan təzyiq və insan hüquqlarının pozulması səbəbilə bəzi çinli rəsmilərə sanksiya tə...