Asiyanın ən bahalı şirkəti məlum olub
Çinin “Alibaba” internet nəhəngi Asiyanın ən bahalı şirkəti adına layiq görülüb.
BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, 2019-cu ilin sonunda şirkətin bazar kapitallaşması 570 milyard dollara yaxınlaşıb və bu, ötənilki lider “Tencent” şirkətinin göstəricisindən (459 milyard dollar) çoxdur.
“Alibaba” bazar qiymətinin göstəricisinə görə, dünyada “Saudi Aramco”, “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Facebook”dan sonra 7-ci yerdə qərarlaşıb.
"Çində real gəlirlərin artması, sürətlə inkişaf edən şəhərlərin sayının çoxalması “Alibaba”nın səhmlərinə müsbət təsir göstərir" - “EqualOcean” konsaltinq şirkətinin analitiki İvan Platonov “Nikkei” nəşrinə deyib.
Oxşar xəbərlər
Məhkəmədən “Qazprom”a tarixi cəza - Ukraynaya 3 milyard dollar ödəyəcək
Rusiyanın “Qazprom” şirkəti Ukraynaya 3 milyard dollar ödəyəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçi...