"Artıq ordumuz Laçına gedən yola nəzarət edir" - Zakir Həsənov
20
iyn
2018
12:29
Naxçıvanda ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.Nazir qeyd edib ki, Naxçıvanda çox uğurlu əməliyyat keçirilib:"Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Artıq Laçına gedən yola da ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur".Z.Həsənov bildirib: "Bizim məqsədimiz ordunu müharibəyə hazırlamaqdır. Siyasi danışıqlar bizim işimiz deyil. Bu gün Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir".Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.BAKU.WS
Oxşar xəbərlər
Detallar açıqlandı: 3 günlük döyüş və ermənilər geri oturduldu
Ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500 və 2000 metrə çatır ki, bu da hərbi nöqteyi-nəzərdən çox böyük strateji əhəmiyyət kə...