Arif Hacılı: "Hakimiyyətlə görüş təklifini qəbul etdim"
Yeniliklərdən dərhal xəbərdar olun
Müsavat Partiyasının başqanı Arif Hacılı da Prezident Administrasiyasına dəvət alıb.BAKU.WS xəbər verir ki, o, bu barədə barədə soial şəbəkə hesabında məlumat verib.
Partiya başqanı qeyd edib ki, mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam: "Görüş təklifini qəbul etdim".
"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı əlavə edib.
Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...