Ankarada Xocalı şəhidləri anılıb - VİDEO

Ankarada Xocalı şəhidləri anılıb - VİDEO
Video
Siyasət 57

Ankarada Xocalı şəhidlərinin anım mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, mərasim İctimai TV vasitəsilə canlı yayımlanıb.

Tədbirdə ziyalılar, siyasi xadimlər və mətbuat nümayəndələri iştirak edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, törədilmiş soyqırımın insan hüquqları və beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması bildirilib, Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olan bu soyqırımın beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman verib. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub.

Son xəbərlər