Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
"Rəsmi Kiyev Rusiya ilə Ukrayna arasında münaqişənin bu il bitməsində maraqlıdır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi münaqişənin müstəsna olaraq demokratik yollarla həllinin tərəfdarıdır: "Biz ABŞ-nin atəşkəs təklifini qəbul etdik. Biz məsələni yalnız diplomatiya yolu ilə həll etməyə hazırıq. Çoxlu sayda məhbusun dəyişdirilməsi ilə bağlı qərarın qəbul edildiyi İstanbul görüşü bizim niyyətimizin sübutudur".
Nazir həmçinin qeyd edib ki, hazırda Rusiya və Ukrayna liderləri arasında şəxsi görüşün təşkili məsələsi müzakirə olunur.
Oxşar xəbərlər
"Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir
Böyük Britaniyanın dünyaca məşhur "Daily Express" nəşri Azərbaycan-Ermənistan sülh danışıqları, müəyyən qüvvələrin bu prosesə mane olmaq cəhdləri və Beynəlxalq...