Ancelina Coli Pakistanda seldən əziyyət çəkən insanlarla görüşdü - FOTO/VİDEO
23
sen
2022
13:45
Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri, aktrisa Ancelina Coli Pakistana səfər edib.
BAKU.WS xəbər verir ki, Hollivud ulduzu ölkənin rəsmiləri ilə görüşüb.
Bu barədə xarici KİV-ləri məlumat yayıb.
Görüş çərçivəsində Pakistanda uzun müddətdir davam edən daşqınlar barədə müzakirələr aparılıb. Aktrisa təbii fəlakətdən əziyyət çəkən insanlara baş çəkib.
Məlumat üçün bildirək ki, Pakistanda iyunun 14-dən etibarən musson yağışları nəticəsində yaranan daşqınlar zamanı 1500 insan dünyasını dəyişib, 33 milyondan artıq insan isə təbii fəlakətdən ziyan çəkib.
Ətraflı videoda:
Qalereya
Oxşar xəbərlər
Pakistan daşqınların fəsadları ilə mübarizə üçün beynəlxalq yardım istəyib
Pakistanın Baş naziri Şahbaz Şərif şiddətli musson yağışları və daşqınlar nəticəsində ciddi zərər çəkmiş ölkəsinə beynəlxalq yardım göstərilməsini xahiş edib. B...