Almatı şəhərinin mərkəzində yenidən atışma başlayıb
08
yan
2022
08:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Almatı şəhərində yenidən atışma başlayıb.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, atışma şəhərin mərkəzində baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.
“Şəhər əhalisi şübhəli insan qruplarını müəyyən etməkdə polisə kömək edir. Cinayətkar dəstələr kiçik meydanlarda, parklarda gizlənirlər. Güclü duman polisin işini çətinləşdirir. Hələlik polis etirazçılar arasında saxlanılanların sayı barədə konkret məlumat vermir”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Almatı meydanında silahlı qarşıdurma - VİDEO
Qazaxıstanın Almatı şəhərindəki mərkəzi meydanında silahlı qarşıdurma qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə...