Almaniya mediası Azərbaycan və Rusiya prezidentlərinin görüşündən yazıb

Almaniyanın nüfuzlu media orqanları Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına görə Rusiya hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımasını ilk dəfə etiraf etməsindən yazıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, "Spiegel", "Zeit", "Bild", "Tagesschau", "Tagesspiegel", "Frankfurter Allgemeine" və s. media qurumlarının yaydığı xəbərlərdə Rusiya Prezidentinin həlak olanların ailələrinə kompensasiya ödəniləcəyinə dair zəmanət verdiyi xüsusi vurğulanıb.
Eləcə də Vladimir Putinin iş üzrə istintaqın başa çatmaq üzrə olduğunu, məsələ ilə bağlı bütün zəruri addımların atılacağını və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirdiyi qeyd olunub.
"Putin ilk dəfə olaraq rəsmi şəkildə bildirib ki, qəza Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin səhvi nəticəsində baş verib", - deyə "Spiegel" qəzetində bildirilib.
Xəbərlərdə ötən ilin sonunda baş vermiş hadisə bir daha diqqətə çatdırılıb, sərnişin təyyarəsinin vurulmasına görə 38 nəfərin həlak olduğu, 29 nəfərin xəsarət aldığı qeyd edilib. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya tərəfindən rəsmi etiraf tələb etdiyi və beynəlxalq məhkəməyə müraciət olunacağını bildirdiyi vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından b...
