Allahşükür Paşazadə Mavrikidə beynəlxalq tədbirdə iştirak edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Mavrikidə keçiriləcək "Müştərək mübarək tərəqqiyə doğru yolların qurulması" mövzusunda toplantısında iştirak edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Bildirilib ki, iyunun 23-26-da baş tutacaq səfər "Dinlər Sülh Uğrunda"təşkilatının baş katibi Dr. Frensis Kurianın dəvəti ilə həyata keçirilir.
Şeyxülislam ötən il "Dinlər Sülh uğrunda" təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və builki toplantıda məhz bu statusda iştirak edəcək.
A.Paşazadə toplantının açılışında çıxış edəcək, "Süni intellekt - insan hüquqları, ləyaqəti və süni intellektin çoxdinli perspektivləri" sessiyasında moderator olacaq.
QMİ sədrinin beynəlxalq tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
Oxşar xəbərlər
Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür. BAKU.WS xəbər verir ki, Mustafa Kamal Atatürk 188...