Alimlərdən xəbərdarlıq, bu tarixlərdə internet olmayacaq

Alimlərdən xəbərdarlıq, bu tarixlərdə internet olmayacaq
Siyasət 8

Alimlər 2024-cü ildə “günəş enerjisi maksimumuna” çatacağımızı proqnozlaşdırırlar.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən də gələn il Günəşdəki partlayışlar həftələrlə Dünyadakı interneti poza biləcək qədər güclü olacaq.

Məlumdur ki, Günəş günəş aktivliyinin artıb-azaldığı 11 illik dövrlərdən keçir. Günəş aktivliyinin ən az olduğu dövr “Günən minimumu”, Günəşin ən çox aktiv olduğu dövr isə “Günəş maksimumu” adlanır.

Bu ərəfələrdə Günəşdə aktivliyin artması bəzi partlayışları da özü ilə gətirir.

25 nömrəli hazırkı günəş dövrü 2019-cu ildə başlayıb və təxminən 2030-cu ilə qədər davam edəcək.

“Günəş ləkələri” ulduzumuzun maqnit sahəsindəki böyük dəyişikliklərdən qaynaqlanır.

Onlar həmçinin Yerə doğru şiddətli enerji partlayışları göndərərək, peyklərə zərər verə biləcək və interneti poza biləcək “günəş fırtınalarına” səbəb olurlar.

Elm adamları əldə etdikləri yeni biliklərdən istifadə edərək, cari dövrədə günəş enerjisi maksimumunun 2024-cü ilin əvvəlində olacağını müəyyən etdilər.

Tədqiqatçıların fikrincə, bu tarixdə baş verəcək Günəş partlayışları çox böyük olacaq və bir neçə həftə ərzində Dünyada internet pozulacaq.

Son xəbərlər