Aleksey Qonçaruk Ukraynanın yeni Baş Naziri oldu
29
avq
2019
22:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin Baş Naziri vəzifəsinə seçilib.BAKU.WS bildirir ki, o, bu vəzifəyə yeganə namizəd olub. Aleksey Qonçaruk səsvermədən öncə çıxış edərək yüksək etimada görə, Prezidentə və Ali Rada deputatlarına təşəkkürünü bildirib. Qeyd edib ki, ölkə iqtisadiyyatını gücləndirmək üçün, ilk növbədə, korrupsiya halları aradan qaldırılmalıdır. Ukraynada iqtisadi islahatların aparılacağını vurğulayan A.Qonçaruk bank və kredit siyasətindən, sahibkarlığın inkişafından, makroiqtisadi göstəricilərin artırılmasından danışıb. Sonra deputatların suallarını cavablandırıb.Daha sonra səsvermə keçirilib və Aleksey Qonçaruk böyük səs çoxluğu ilə yeni Baş Nazir seçilib.Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna Prezidenti Aparat rəhbərinin müavini vəzifəsini tutur və iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.Ali Radasının iclasında həmçinin bir sıra nazirlər təyin olunub.Deputatların səsverməsi nəticəsində Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunublar. Onların hər üçü yüksək səs çoxluğu ilə bu vəzifələrə etimad göstərilib.Qeyd edək ki, Ali Radanın ilk iclasında Ukraynanın yeni Baş Naziri, spikeri, vitse-spikerləri də seçiliblər.
Oxşar xəbərlər
Ukraynada gözlənilən istefa baş tutdu
Bir neçə gün öncə Ukrayna prezidenti Vladimir Zelenski baş nazir postuna Aleksey Qonçarukun namizədliyini irəli sürməsindən sonra gözlənilən istefa baş tutub.BA...