Aleksandr Lukaşenko: “Vəzifədə bir az artıq oturdum”
"Bəli, ola bilər ki, mən bir az artıq oturdum. Ola bilər ki, məni ancaq televizordan deyil, çaydan, ütüdən də göstərirlər. Bu gün mən Belarusu qoruya bilərəm”.
BAKU.WS xəbər verir ki, bunu növbəti dəfə prezident seçilən Aleksandr Lukaşenko Rusiyadan olan jurnalistlərə müsahibəsində deyib.
Dövlət başçısı bir neçə tanınmış jurnalistə Minskdəki Azadlıq sarayında müsahibə verib.
Lukaşenko konstitusiya islahatlarından sonra növbədənkənar prezident seçkisi keçirilə biləcəyini də istisna etməyib. Dövlət başçısı ölkədə keçirilən aksiyalardan da danışıb. Prezident deyib ki, əgər o gedərsə, tərəfdaşları “kəsiləcək”.
"Onlar müxalifət deyillər. Onların təklif etdikləri Belarus və xalq üçün fəlakətdir. Onlar bizim dost Rusiya ilə münasibətlərimizi pozmaq istəyirlər. İstəyirlər ki, bizdə ödənişli tibb və təhsil olsun”.
Xatırladaq ki, Belarusda prezident seçkisi avqustun 9-da keçirilib. MSK-nın hesablamalarına görə, Lukaşenko səs çoxluğu ilə prezident seçilib.
Lakin müxalifət bu nəticələri qəbul etməyib və onun rəqibi Svetlana Tixanovskayanın daha çox səs topladığını elan edib.
Seçkidən sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Mitinqin ilk günlərində güc sturukturları nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları, səs qumbaraları, rezin güllələrdən istifadə ediblər. Rəsmi məlumata görə, ilk günlərdə 6,7 min adam saxlanılıb. Üç nəfərin ölümü təsdiqlənib.
A.Lukaşenko 1994-cü ildən prezident postundadır.
Oxşar xəbərlər
Litva Lukaşenkonu “qara siyahı”ya salıb - VİDEO
Litva Xarici İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonu ölkəsinə girişi qadağan edilmiş şəxslər siyahısına daxil edib. BAKU.WS BAKU.TV-yə istinadə...