Albaniyada Baş nazirin gəlini zəlzələdə həlak olub - FOTO

Albaniyada Baş nazirin gəlini zəlzələdə həlak olub - FOTO
Foto
Siyasət 553

Albaniyada Baş nazir Edi Ramanın yaxın ailə üzvləri təbii fəlakət zamanı həyatını itiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşrin yazdığına əsasən, zəlzələ zamanı Edi Ramanın gəlini olacaq Kristi Reçi və valideynləri həlak olublar.

Baş Nazirin oğlu Qreqor Rama “İnstagram” səhifəsində nişanlısı ilə bağlı paylaşım edib və onların dağıntılar altında qaldığını bildirib.

Qeyd edək ki, Albaniyada 6,4 bal gücündə zəlzələ zamanı 48 nəfər dünyasını dəyişib, 790 nəfər xəsarət alıb.

->

Oxşar xəbərlər

Albaniyanın Müdafiə naziri göz yaşlarını saxlaya bilmədi - VİDEO

Albaniyanın Müdafiə naziri göz yaşlarını saxlaya bilmədi - VİDEO

Albaniyanın Müdafiə naziri Olta Djaçka zəlzələ zamanı qurbanların adlarını oxuyarkən gözyaşlarına hakim ola bilməyib. BAKU.WS xəbər verir ki, nazirin görüntülər...

644 Siyasət 12:22 28 noyabr 2019

Son xəbərlər