Albaniyanın Müdafiə naziri göz yaşlarını saxlaya bilmədi - VİDEO

28
noy
2019
12:22
Albaniyanın Müdafiə naziri Olta Djaçka zəlzələ zamanı qurbanların adlarını oxuyarkən gözyaşlarına hakim ola bilməyib.
BAKU.WS xəbər verir ki, nazirin görüntüləri KİV-lərdə böyük maraqla qarşılanıb.
“Bu mənim ən çətin çıxışımdır. Biz dağılmış binaları yenidən qura bilərik, lakin 26 noyabr zəlzələsi zamanı ölən bütün bu vətəndaşların həyatını qaytara bilmərik",-deyə Olta Djaçka bildirib.
Qeyd edək ki, Albaniyada baş verən 6.4 bal gücündə zəlzələ zamanı 32 nəfər ölmüş, 658 nəfər yaralanmış, 47 nəfər dağıntılar altından xilas edilmişdi.

Oxşar xəbərlər
Albaniyada ardıcıl iki dağıdıcı zəlzələ - Ölən və çoxlu sayda yaralı var - FOTO
Albaniyanın liman şəhəri Durresdə Bakı vaxtı 06:54-də 6,4 bal gücündə zəlzələ baş verib. BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, güclü zəlzələ bir çox...