Aktrisa ölən həmkarından danışdı: "Öldüyü gün onunla mesajlaşdım" - FOTO

Aktrisa ölən həmkarından danışdı: Öldüyü gün onunla mesajlaşdım - FOTO
Siyasət 0

Hollivud ulduzu Cennifer Eniston bir müddət əvvəl vəfat edən həmkarı Metyu Perri ilə bağlı açıqlama verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o Metyu ilə sonuncu dəfə öldüyü gün əlaqə saxladığını bildirib:

"Öldüyü gün onunla mesjlaşdım. Heç bir ağrısı yox idi. Heç bir problemlə mübarizə aparmırdı. Hər kəsin həqiqətən onun sağlam olduğunu və sağlam qaldığını bilməyini istəyirdi. Çətin günlər keçirirdi. Onun üçün çox darıxıram. Hamımız darıxırıq. Bizi həqiqətən ürəkdən güldürməyi bacarırdı".

Ceniffer bir zamanlar Metyu Perri ilə "Friends" serialında rol alıb. Ekran işində Metyu "Chandler Bing" obrazını canlandırıb.

Son xəbərlər