Akif Nağı: "Ramiz Mehdiyev şeytandır, onu daşlamaq lazımdır"
Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunan və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin planlaşdırdığı "çevrilişi" həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanladığı məktubun mətni yayılıb. Həmin fakt Ramiz Mehdiyevin həqiqətən də xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevriliş etmək xülyasına düşdüyünü göstərir.
Mehdiyev məktubda yazıb ki, dövlət idarəetməsinin yeni təsvirini və prinsiplərini hazırlayarkən ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, dövlətdən ənənəvi gözləntilərini nəzərə almaq, ölkənin hərtərəfli inkişafına maneə yaradan sosial-iqtisadi həyat sistemindəki durğunluğun əsl səbəblərini başa düşmək və aradan qaldırmaq lazımdır: "Hakimiyyət, ümumi qəbul edilmiş demokratik prinsiplərə əsasən, üç qoldan ibarət olacaq: qanunverici, icraedici və məhkəmə. Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuz sahibi olan 50 nəfər görkəmli və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək"...
Bəs, bu şura nə anlama gəlir? Ümumiyyətlə, təxmini olaraq Mehdiyevin nəzərdə tutduğu 50 nəfər komandada kimlər ola bilərdi? Onlar da müttəhim kimi prosesə cəlb oluna bilərmi? Mehdiyevin bu məktubu Rusiyada hansı ünvana göndərməsi ehtimal olunur?
BAKU.WS xəbər verir ki, Oxu.Az ekspertlərlə mövzunu araşdırıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə bildirib ki, məktubun hansı ünvana göndərilməsindən asılı olmayaraq, xüsusi ilə də diqqət mərkəzində olan Rusiyaya yazılması dövlətə xəyanət elementlərini özündə əks etdirir:
Akif Nağı: Ramiz Mehdiyev şeytandır, onu daşlamaq lazımdır
"Azərbaycan prezidentli respublika quruluşu ilə idarə olunur. Konstitusiyadan kənar hansısa qurumun formalaşmasına cəhd hakimiyyəti zorla ələ keçirmək maddəsini özündə ehtiva edir ki, bu da cinayət əməlidir. Konstitusiya dəyişiklikləri belə referendum yolu ilə həyata keçirilir. Çünki konstitusiyamız xalqımızın iradəsini əks etdirən əsas qanunumuzdur və bu qanundan kənar hansısa qurumun formalaşdırılmasına cəhd, bununla bağlı xüsusi ilə də xarici ölkəyə müraciət olunması təbii ki, həm konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd - dövlətə xəyanət kimi tövsif oluna bilər".
"Siyahıda "dövlət şurası" adlı amorf bir qurum yaradılması və 50 nəfərin təmsil olunacağı əks olunub. Bu özü də cinayət əməlidir. Ola bilər ki, hətta siyahıda adları nəzərdə tutulacaq şəxslərin bəlkə də sona qədər özlərinin də bundan xəbəri olmayıb. Yox, olubsa, artıq onlar da cinayətdə iştirakçıdırlar və cinayət əməlinin həyata keçirilməsinə cəhddə bilavasitə iştirak edən şəxslər kimi məsuliyyətə cəlb edilə bilərlər. Hələ bu ittihamlar irəli sürüləndə mən mövqeyimi bildirərək demişdim ki, bu cür cinayət əməllərini təkbaşına etmək mümkün deyil. Müəyyən bir çevrə var, onların da bu prosesdə iştirakı sona qədər araşdırılmalı, istintaqla cinayət əməlində iştirak edən şəxslərin dairəsi müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilməlidir. Yəqin ki, belə də olacaq", - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Ramiz Mehdiyev uzun müddət ən vacib dövlət postlarının birində fəaliyyət göstərib deyə, məktubda nəzərdə tutulan siyahıda müxtəlif spektrlı adamların ola biləcəyi ehtimalı istisna edilmir:
"Amma onların adlarını çəkmək mümkün deyil. Çünki zamanında vəzifəsinə görə Ramiz Mehdiyevlə isti münasibətləri olan şəxslər ola bilər ki, bu gün Azərbaycan dövlətçiliyinə sadiqdirlər. Ramiz Mehdiyev uzun müddət mühüm dövlət vəzifəsində işlədiyi şəxs üçün kimə gəldi müraciət etməzdi. Bu prosesdə ona dəstək olacaq qüvvəyə müraciət edib. Rusiyanın dövlət quruluşunu nəzərə alaraq, ona dəstək olacaq qüvvənin mütləq mənada Rusiya prezidenti olduğunu deyə bilərik. Yəni Rusiya prezidentinin xəbəri olmalı idi ki, Ramiz Mehdiyevin xülyaları, istəkləri reallaşmış olsun".
Azad Vətən Partiyasının sədri, tarix elmləri doktoru Akif Nağı isə bildirib ki, Ramiz Mehdiyev o qədər cinayətlərə imza atıb ki, kimin nə məlumatı və qəzəbi varsa, deməlidir:
"Yəni insanlar Azərbaycan dövlətçiliyinə qarşı cinayət törətmiş şəxslə bağlı fikirlərini deməkdən yorulmamalıdır. Necə ki, insanlar şeytanı daşlamaqdan yorulmur və usanmırlar, bu da ona bənzər bir məsələdir. Ramiz Mehdiyev də şeytandır, onu daşlamaq lazımdır. İfadəm buna bənzərdir. Hətta kim onunla əməkdaşlıq edibsə, az da olsa vicdanları tərpənsin və etiraf etsinlər".
"Ramiz Mehdiyevin çevriliş edib dövlət şurası yaratmağa gücü çatmazdı. O, Rusiyanın sifarişini yerinə yetirib. Moskvanın sifarişi ondan ibarət olub ki, Azərbaycanla münasibətlər gərgin olduğu bir dövrdə ölkənin müxtəlif yerlərində insanları dövlətə qarşı ayağa qaldırmaqla Azərbaycan hakimiyyətini Rusiyanın təzyiqləri qarşısında susmağa vadar etsin. Rusiya göstərməyə çalışıb ki, Azərbaycanın daxilində də nizam-intizamı poza bilər. Amma Azərbaycan dövlətinin kifayət qədər güclü mövqeyi var və hansısa ramizmehdiyevlərin burada çevriliş etməsi mümkün deyil. Sadəcə olaraq, təxribat görüntüsü yarada bilərdilər ki, bunu da mən Rusiyanın sifarişi hesab edirəm. Ona görə də araşdırma aparılmalıdır ki, siyahıda kimlər olub. Belə söhbətlər gəzir ki, Ramiz Mehdiyevin dırnaqarası komandası həm vəzifədə, həm də müxalifətdə olanlardan ibarət olub", - deyə A.Nağı bildirib.
Müsahibimiz əlavə edib ki, bu məktubda elə məqamlar var ki, hadisələrin mahiyyətini açmaq üçün ciddi mənbə rolunu oynaya bilər:
"Çünki Rusiyada elə bir idarəçilik var ki, orada bir prezidentin xəbəri olmadan heç bir addım atmaq olmaz".
Oxşar xəbərlər
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin oktyabrın 31-də keçiriləcək payız sessiyası üzrə növbəti plenar iclasının gündəliyi açıqlanıb. BAKU.WS xəbər verir ki, iclasda 11 məsələnin müzak...