Ajda Pekkan pişiyi üçün 3 milyon xərclədi - FOTO

Ajda Pekkan pişiyi üçün 3 milyon xərclədi - FOTO
Foto
Siyasət 0

Məşhur müğənni Ajda Pekkanın pişiyi Püskül üçün 3 milyon lirə(təxminən 183 900 AZN) xərclədiyi bildirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Müge ve Gülşen'le 2. Sayfa" programında deyilib.

Qeyd edilib ki, təyyarə ilə səyahət etməyi sevməyən sənətçi pişiyi ilə rahat gəzə bilmək üçün xüsusi pikap (pickup) tipli avtomobil dizayn etdirib. O ətrafındakı yaxın dostlarına "Mən də modelyer Karl Lagerfeld kimi mirasımın bir hissəsinin pişiklərə bağışlayacam" deyə bildirib.

Xatırladaq ki, Ajda Pekkan 10 il əvvəl verdiyi müsahibə zamanı "Mənim 10 itim, 3 pişiyim var. Öləndə məni heyvanlar qəbiristanlığında dəfn edərsiniz" sözlərini söyləyib.

Son xəbərlər