Aİ "missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb
Avropa İttifaqının "missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin bayrağının olduğu 3 ədəd "Jeep" və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd "UAZ-Patriot" markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək mövqelərimiz istiqamətində foto və videoçəkiliş etməsi tərəfimizdən qeydə alınıb.
Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.
Avropa İttifaqı (Aİ) və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "Erməni ritorikasında yeni xətt: Sülh adı ilə dilənçilik"
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Süjetdə Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sər...