Ağ Evdə imzalanan sənədlər Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır - RƏY

Ağ Evdə imzalanan sənədlər Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır - RƏY
Açıqlama
Siyasət 10

"Avqustun 8-i Ağ Evdə imzalanan sənədlər sadəcə Azərbaycan və Ermənistan arasında sülhə fundamental töhfə verən sənədlər deyildi. Bu sənədlərin imzalanması artıq ondan xəbər verirdi ki, Cənubi Qafqaz üzərindən yürüdülməyə çalışılan ənənəvi siyasətə son qoyulur. Yəni, Cənubi Qafqaz dövlətlərinə münasibətdə yeni bir mərhələ açılır".

Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan Liderinin atdığı addımların, verdiyi qərarların nəticəsidir desək, heç də yanılmış və mübaliğə etmiş olmarıq:

"Çünki Cənubi Qafqazda TRIPP layihəsinin icra edilməsi regionumuzda müharibə və münaqişələrə son qoyulduğundan və bölgənin potensial imkanlarının yenidən dəyərləndiriləcəyindən xəbər verir.

Bu baxımdan səfər və onun nəticələri son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Ağ Evdə imzalanan sənədlər Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır - RƏY

Bugünkü reallıq onu göstərir ki, cənab Prezident İlham Əliyev dünya miqyasında bir Liderdir. O baxımdan ki, dövlət başçımızın hədəfi sadəcə Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi deyildi. Bütövlükdə Cənubi Qafqazın imkanlarının üzə çıxarılması baxımından dövlət başçımızın atdığı addımlar inkarolunmazdır".

Şəbnəm Həsənova vuğulayıb ki, biz artıq sülhü praktikada hiss edirik:

"Ermənistana yükdaşınmalara qoyulan məhdudiyyətlərin aradan qaldırılması Ermənistanın iqtisadiyyatına və cəmiyyətinə müsbət töhfələr verir. Bu, məhz cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin regiona gətirdiyi yeni reallıqdır.

Ağ Evdə imzalanan sənədlər Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır - RƏY

Sülh müqaviləsinin prinsiplərinin Azərbaycan tərəfindən müəyyən edilməsi ilə sadəcə Ermənistan hesablaşmağa məcbur qalmadı. Azərbaycanın qətiyyətli mövqeyi digər regional və qlobal aktorları da o addımları atmağa vadar etdi ki, heç bir halda Azərbaycanın Zəfərini və yaratdığı reallıqları görməzdən gəlmək mümkün olmasın.

Xüsusi məqamlardan biri ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Tramp tez-tez cənab Prezident İlham Əliyevlə məktublaşır. Bir neçə dəfə artıq Donald Tramp cənab Prezident İlham Əliyevə istinad edib.

Təbii ki, bunun özü mühüm bir məqamdır ki, ABŞ kimi böyük dövlətlə Azərbaycanın münasibətləri müsbətdir.

Deməli, Cənubi Qafqazda yaranan yeni status-kvonun müəllifi cənab Prezident İlham Əliyevdir".

Son xəbərlər