Ağ Ev: Bayden Rusiyanın terrorizmin himayədarı kimi tanınmasının əleyhinədir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinin əleyhinədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.
"Bu, onun son mövqeyidir. Rusiyanı bu siyahıya salmaq ən yaxşı həll yolu deyil", - Jan-Pyer qeyd edib.
Xatırladaq ki, ABŞ Senatı may ayında dövlət katibi Entoni Blinkenin Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada törətdiyi cinayətlərə görə terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə dəstəkləyib.
Hazırda bu siyahıda Kuba, Şimali Koreya, İran və Suriyanın adları var.
Oxşar xəbərlər
ABŞ-ın “Ukrayna planı”nın pərdəarxası məqamları
Ekspertlər iddia edirlər ki, son hadisələrdən sonra ABŞ-ın Mərkəzi Asiyaya marağı artıb. Vaşinqton Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqda israrlıdır. Orada Ame...