Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir.
"Report"un ABŞ bürosu xəbər verir ki, hər iki ölkənin bayraqları artıq Ağ Evin giriş qapısına gətirilib. Təhlükəsizlik tədbirləri gücləndirilib, qarovul düzülüb və hazır vəziyyətə gətirilib.
ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanı salamlayacaq və sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Bu, iki ölkə liderləri arasında uzun müddətdir gözlənilən bir görüşdür və regionda sülhün bərqərar olması üçün mühüm addım kimi qiymətləndirilir.
Tədbir Ağ Evdə yüksək səviyyəli təhlükəsizlik və rəsmi mərasimlə müşayiət olunacaq. Liderlərin görüşündən sonra daha geniş açıqlamaların verilməsi gözlənilir.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...