Afrikada ilk smartfon istehsal edildi - FOTO
08
okt
2019
15:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ruandanın paytaxtı Kiqalidə “ağıllı telefon” istehsal edən zavod istifadə verilib.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu, Afrika qitəsində ilk “ağıllı telefon” zavodu kimi də tarixə düşüb.Məlumata görə, “Mara” brendi adı altında istehsal ediləcək smartfonlar “Android” əməliyyat sistemi ilə işləyəcək. Qiymətlərin 129-189 dollar aralığında olacağı bildirilir.Hazırda zavodda 200 nəfər çalışır.Zavodun açılış tədbirində çıxış edən Ruanda Prezidenti Pol Kaqame bildirib ki, “Mara” telefonları sayəsində texnologiya insanlar üçün daha əlçatan olub.“Mara” telefonlarının Ruanda ilə yanaşı digər Afrika ölkələrinə də satışı planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
"Samsung" Çində mobil telefon istehsalını dayandırdı
Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yerli istehsalçıların rəqabətindən yaranan zərər səbəbi ilə dünyanın ikinci ən böyük mobil smartfon bazarı olan Ç...