ABŞ İraq və Əfqanıstandakı hərbçilərinin yarısını geri çəkir

ABŞ İraq və Əfqanıstandakı hərbçilərinin yarısını geri çəkir
Siyasət 75

ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandiri Kennet Makkenzi İraqdakı ABŞ əsgərlərinin sayının 5200-dən 3 minə endiriləcəyini açıqlayıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Əfqanıstandakı ABŞ əsgərlərinin sayı isə 8600-dən 4500-ə qədər azaldılacaq.

Makkenzi bildirib ki, İraqdakı əsgərlərin sayının azaldılması bu ölkədə İŞİD-ə qarşı böyük uğurların əldə edilməsi ilə bağlıdır. Bu səbəbdən sentyabr ayı ərzində onların böyük bir hissəsi ABŞ-a geri qayıdacaqlar.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın digər ölkələrdəki hərbi varlığını mərhələli şəkildə sonlandırmaq barədə dəfələrlə çıxış edib.

Son xəbərlər