Donald Tramp: Hər şey yaxşıdır

ABŞ prezidenti Donald Tramp İranın raket hücumuna “Twitter” hesabında münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Ağ Ev rəhbəri tvitində hər şeyin qaydasında olduğunu yazıb.
"Hər şey yaxşıdır! İrandan İraqdakı iki hərbi bazaya raketlər buraxılıb. Zərərçəkənlər varmı, ziyanın miqdarı - indi onun qiymətləndirilməsi gedir. Sabah səhər açıqlama verəcəyəm",-deyə Donald Tramp qeyd edib.
Qeyd edək ki, dünən gecə İran Silahlı Qüvvələri ABŞ-ın İraqdakı aviabazalarına 35 raket zərbəsi endirib.
All is well! Missiles launched from Iran at two military bases located in Iraq. Assessment of casualties & damages taking place now. So far, so good! We have the most powerful and well equipped military anywhere in the world, by far! I will be making a statement tomorrow morning.
— Donald J. Trump (@realDonaldTrump) January 8, 2020

Oxşar xəbərlər
Tramp: “İran heç vaxt nüvə silahına sahib olmayacaq”
“İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək”. BAKU.WS-in verdiyi xəbərə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp bu gün özünün "Twitter...