ABŞ-ın Azərbaycandakı səfiri Paşinyanın bəyanatına münasibət bildirib

30
avq
2019
21:53
"Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq".BAKU.WS xəbər verir ki, bunu açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində keçirilən "Ümumerməni oyunları" tədbirində dediyi "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatına münasibət bildirərkən deyib."Biz tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü səbirsizliklə gözləyirik, ümid edirəm ki, bu, sentyabrda baş tutacaq. Bu, dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq", - deyə səfir qeyd edib.
Oxşar xəbərlər
XİN Zöhrab Mnatsakanyanın açıqlamasına münasibət bildirib
Bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, bu ölkənin Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi nədir sualını şərh edərək Baş nazi...
