XİN: Paşinyanın açıqlaması gərginliyin yaranmasına xidmət edir
24
okt
2018
22:10
"Ermənistan baş naziri vəzifələrini icra edən Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq” deyə açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir. Seçki öncəsi dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi bu kimi əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb".BAKU.WS-in məlumatına görə, bunu Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyanın münaqişənin həlli prosesi ilə bağlı son bəyanatına dair suala cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib."Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək, münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır", - deyə o bildirib.L.Abdullayeva qeyd edib ki, Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi hazırkı status-kvo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir.BAKU.WS
Oxşar xəbərlər
Rəsmi Bakıdan Paşinyanın Qarabağ bəyanatına sərt CAVAB
"Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququ...