ABŞ-ın Ermənistandakı səfiri: Yerevan işğal olunmuş əraziləri qaytarmalı olacaq
16
okt
2018
20:53
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycanla kompromislərə getməlidir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki. bunu erməni mətbuatına müsahibədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.Səfir ümid etdiyini bildirib ki, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq. Səfir indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu deyib:“Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar”.ABŞ səfiri xatırladıb ki. torpaqların qaytarılması Madrid prinsiplərinin əsas müddəalarındandır.Səfir bir daha vurğulayıb ki, istənilən nizamlama işğal olunmuş ərazilərin müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək.BAKU.WS
Oxşar xəbərlər
Ermənistan panikada: Hərbi texnikanın əksər hissəsi Qarabağa yeridildi
“Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan sila...