Rus səfir: "Mən Azərbaycanın yerinə cavabdeh deyiləm"

Rus səfir: Mən Azərbaycanın yerinə cavabdeh deyiləm
Siyasət 2429

"Qarabağ münaqişəsini müharibə yolu ilə həll etmək mümkün deyil".

BAKU.WS-in məlumatına görə, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Valınkin deyib. O, erməni jurnalistlərin Rusiyanın Azərbaycana silah satması ilə bağlı sualını da cavablandırıb.

"Mənim fikrim budur ki, problemi silahla yox, danışıqlar masası arxasında həll etmək lazımdır", - deyə səfir bildirib. Jurnalistlərin sualı təkrar etməsindən sonra İvan Valınkin "Siz Rusiyanın Azərbaycana silah satması ilə bağlı sənədləri mənə göstərə bilərsinizmi? Yeri gəlmişkən Rusiya Ermənistana da satır" cavabını verib.

Jurnalistlərin "Azərbaycan tərəfi cəbhədə atəşkəsi pozur" iddiasına isə səfir "Mən Azərbaycanın yerinə cavabdey deyiləm" deyə cavab verib. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər