ABŞ dövlət katibi Çinə xəbərdarlıq edib
05
avq
2022
12:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ dövlət katibi Entoni Blinken Çinə xəbərdarlıq edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, o, bu barədə ASEAN Regional Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.
E.Blinken bildirib ki, Çin Tayvan ərazisinə raket atmağı dayandırmalıdır: “Bu, əsassız eskalasiyadır. ABŞ Çinlə böhran istəmədiyini dəfələrlə bildirib”.
ABŞ dövlət katibi vurğulayıb ki, Çinin hərəkətlərinə heç bir halda bəraət qazandırmaq mümkün deyil.
Oxşar xəbərlər
Çin Tayvan ətrafında genişmiqyaslı təlimlərə başlayıb
Çin Xalq Azadlıq Ordusu cümə axşamı Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb. BAKU.WS "apa"ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Tel...