ABŞ-da Tramp işi ilə bağlı sübutların açıqlanması qadağan edilib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi məxfi sənədləri düzgün saxlamamaqda təqsirləndirilən ABŞ-ın keçmiş prezidenti Donald Trampın işində sübut kimi istifadə olunan materialların açıqlanmasını və yayılmasını qadağan edib.
“Report” xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.
“Sübutlar, ondan irəli gələn hər hansı bir məlumat ictimaiyyətə və ya KİV-ə açıqlanmamalı, ABŞ hökumətinin əvvəlcədən xəbərdarlığı və razılığı və ya məhkəmənin razılığı olmadan hər hansı xəbər və ya sosial media platformasında yayılmamalıdır”, - qərarın mətnində deyilir.
Bununla məhkəmə prokurorluğun verdiyi vəsatəti təmin edib. Məhkəmənin qərarına əsasən, söhbət ittiham tərəfinin məhkəməyə hazırlıq zamanı müdafiə tərəfinə təqdim etdiyi bütün məxfi sübutlardan gedir.
Oxşar xəbərlər
Donald Tramp həbs qərarı ləğv olunub - YENİLƏNİB
ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs qərarı ləğv edilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd edilir ki, T...