ABŞ-da səslərin hesablandığı binanın yaxınlığında minalanma təşvişi: Ticarət mərkəzi boşaldıldı
07
noy
2020
14:54
ABŞ-da Pensilvaniya ştatının Filadelfiya şəhər polisi prezident seçkiləri üçün səslərin sayıldığı Konvensiya Mərkəzinin (Pennsylvania Convention Center) yaxınlığında yerləşən böyük ticarət mərkəzində minalanma təhlükəsi olduğunu xəbər verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, binada heç bir partlayıcı tapılmayıb.
Ticarət mərkəzinin binasından insanların təxliyyə olunduğu bildirilir.
Təxliyyə yerli “İnquirer” qəzetinin yaxınlıqdakı ofisində də aparılıb.
Polis binanın hamısını yoxlayıb, ancaq mina təhdidinin yalan olduğu üzə çıxıb.
Oxşar xəbərlər
Tramp kritik əhəmiyyətə malik ştatda qələbə qazandığını açıqladı
ABŞ-ın hazırkı prezidenti Donald Tramp Pensilvaniya ştatında səslərin sayılmasından sonra qələbə qazandığını açıqlayıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir k...