ABŞ-da iki mühərrikli təyyarə qəzaya uğrayıb: 5 nəfər ölüb
23
fev
2023
14:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Arkanzas ştatında iki mühərrikli "Beech BE20" təyyarəsi Litl Rok Milli Hava Limanı yaxınlığında qəzaya uğrayıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, gəmidə olan 5 nəfərin hamısı həlak olub.
"Həmin vaxt güclü fırtına yaxınlaşırdı. Bu iki hadisənin bir-birinə bağlı olub-olmadığını bilmirəm, amma güclü külək oldu, bir neçə dəqiqə leysan yağış yağdı", - ABC yerli polis departamentinin nümayəndəsinin sözlərindən sitat gətirib.
Oxşar xəbərlər
“Əl-Qaidə” terror təşkilatının lideri öldürüldü
ABŞ-ın Əfqanıstanda keçirdiyi antiterror əməliyyatı zamanı “Əl-Qaidə” terror təşkilatının lideri Əyman əl-Zəvahiri öldürülüb. BAKU.WS xəbər verir ki, bu barədə...