ABŞ Avropadan bütün səyahətlərə qadağa qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Avropadan gələn bütün səyahətləri 30 gün müddətinə qadağan edib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərar 13 martdan etibarən qüvvəyə minəcək.
Bununla belə İngiltərə bu qərardan istisna edilib.
Tramp bildirib ki, Avropa İttifaqı koronavirusun qarşısının alınmasında uğursuz olub. ABŞ-a Avropa ölkələrindən gələn şəxslərdən virus keçdiyini deyən Tramp bu səbəbdən belə bir addım atmalı olduqlarını söyləyib.
ABŞ Prezidenti koronavirusla mübarizə üçün 8,3 milyard dollar ayrıldığını xatırladıb və lazım olan bütün avadanlıqların təmin ediləcəyini deyib.
Bu arada, Tramp koronavirus təhlükəsinə görə Kolorado və Nevada ştatlarına edəcəyi səfərləri təxirə salıb.
Oxşar xəbərlər
KORONAVİRUSLA BAĞLI ŞAD XƏBƏR: 60 mindən çox xəstə sağalıb
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 107 min 725 nəfərdən 60 min 660 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sağ...