ABŞ alimlərindən ixtira: Beyni bədəndən ayrı olaraq 5 saat işlətdilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Texas Universitetinin alimləri canlı saxlaya bilən və bədənin qalan hissəsindən asılı olmayaraq işləməsini təmin edən cihaz ixtira ediblər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, təcrübə donuz beyni üzərində həyata keçirilib.
Belə ki, ABŞ-ın Texas Universitetinin (UT) Cənub-Qərb Tibb Mərkəzinin tədqiqatçıları ketaminlə anesteziya edilmiş donuzun beyninə qan axınını təcrid edə bilib, kompüterləşdirilmiş alqoritm isə orqan üçün lazım olan qan təzyiqi, miqdarı, temperaturu və qida maddələrini təmin edib.
Bildirilib ki, nevroloqlar qrupu, bədənin qalan hissəsindən heç bir bioloji giriş almamasına baxmayaraq, beyindəki fəaliyyət 5 saat ərzində minimal dəyişikliklər göstərib.
Alimlərin fikrincə, eksperimentin uğuru insan beyninin digər bədən funksiyalarına təsir etmədən tədqiq etmək üçün yeni yollar aça bilər, eyni zamanda bu texnologiya gələcəkdə beyin transplantasiyası əməliyyatlarının aparılması potensialını da ortaya qoyur.
Oxşar xəbərlər
Donuz ürəyi köçürülən ikinci insan öldü
Dünyanın ikinci donuz ürək transplantasiyası pasiyenti Lourens Fosett ABŞ-də vəfat edib. BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Me...