AB-dən ruslara növbəti ZƏRBƏ: Viza bahalaşdı, qaydalar çətinləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Birliyi (AB) Rusiya vətəndaşları üçün şengen vizasını daha baha qiymətə və ciddi şərtlərlə verməyi planlaşdırır.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı AB komissiyasının daxili işlər üzrə məsul şəxsi Ylva Johansson mətbuat konfransı keçirib və AB-nin Rusiya ilə viza asanlığı razılaşmasını dayandırmasını qəbul edib.
"Bu dayandırma prosesi o deməkdir ki, Rusiya vətəndaşları artıq Aİ-yə imtiyazlı girişdən istifadə edə bilməyəcəklər. Məsələn, onlar ən azı iki dəfə daha baha, daha çətin viza müraciəti prosesi və çoxgirişli vizalar üçün daha çox məhdudiyyətlə üzləşəcəklər”, - deyə Y.Johansson vurğulayıb.
Oxşar xəbərlər
Çexiya ruslar üçün Şengen vizalarını qadağan etməyi təklif edəcək
Avropa İttifaqı Şurasına sədrlik edən Çexiya avqustun sonunda Aİ ölkələrinə ruslara Şengen vizalarına qadağa qoyulmasını təklif edəcək. BAKU.WS "Unian"a istinad...