ABŞ-dan Zəhra ilə bağlı xüsusi bəyanat (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauer Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin gərginləşməsi ilə bağlı xüsusi müraciətlə çıxış edib.
BAKU.WS-in məlumatına görə, Hizer Nauer keçirdiyi brifinqdə bildirib ki, Vaşinqton münaqişə zonasında mülki şəxslərin öldürülməsinə görə narahtdır.
"ABŞ iyunun ayın 4-ü Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, eyni zamanda iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçirir”, - deyə Dövlət Departamentinin rəsmisi bildirib.
Təmas xətti yaxınlığında baş verən hadisə qurbanlarının ailələrinə dərin hüznlə səmimi başsağlığı verdiyini deyən Hizer Nauer tərəfləri danışıqlar masasına oturmağa çağırıb.
"Bu münaqişə beynəlxalq hüquq çərçivəsində nizamlanmalıdır”, - deyə Hizer Nauer bəyan edib.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Saməddin Mehralıyev
Oxşar xəbərlər
Rusiyadan Zəhra ilə bağlı bəyanat (VİDEO)
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq keçirir. BAKU.WS-in məlumatına görə, Rusiya XİN rəsmisi regionda, Suriyada və dünya...