Rusiyadan Zəhra ilə bağlı bəyanat (VİDEO)
06
iyl
2017
12:04
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq keçirir. BAKU.WS-in məlumatına görə, Rusiya XİN rəsmisi regionda, Suriyada və dünyanın müxtəlif qaynar nöqtələrində baş verən hadisələrlə bağlı mühüm açıqlamalar verir. Zaxarova Suriyada kimyəvi silah hücumlarından danışıb. O bildirib ki, bu hücumlar nəticəsində dinc sakinlər, uşaqlar həyatlarını itirib. Mariya Zaxarova iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunda həyata keçirdiyi təxribatla bağlı da bəyanat verib. O bildirib ki, iyulun 4-də münaqişə zonasında atəşkəs rejimi pozulub. "Nəticədə insan tələfatı olub. Eyni zamanda dinc sakinlər həyatını itirib. Onların arasında uşaq da var. Həyatını itirənlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, qanlı toqquşmalara imkan verilməməli və vəziyyətin stabilləşməsinə bütün lazımi tədbirlər görülməlidir. ATƏT-in Mİnsk Qrupunun gərginliyin artırılmaması ilə bağlı bəyanatını dəstəkləyirik", - deyə Mariya Zaxarova bildirib. Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
BAKU.WS
Oxşar xəbərlər
Rusiya və Fransa aprel döyüşləri ilə bağlı bəyanat yaydı
"Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağla bağlı hazırkı status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur”. BAKU.WS xəbər...