ABŞ-dan Türkiyə ilə bağlı mühüm açıqlama: "Bizi narahat edir"
24
avq
2018
10:31
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Rusiyanın 2019-cu ildə Türkiyəyə S-400 hava hücumundan müdafiə (HHM) sistemlərinin təslim edilməsi prosesinə hazırlanmasına münasibət bildirib. BAKU.WS-in məlumatına görə, Heather Nauert bu prosesin başlamasından ABŞ-ın narahat olduğunu ifadə edib.Nauert mətbuat konfransında məsələyə ABŞ-ın mövqeyini açıqlayıb: "Mən sözügedən mövzuda bir xəbər oxumamışam. Amma əgər doğrudursa, bu bizi narahat edir. Bilirsiniz, Türkiyə kimi bir NATO müttəfiqinin S-400 hava hücumundan müdafiə (HHM) sistemləridən istifadə etməsi bizim siyasətimizə tərsdir. Tərəfdaşlarımızın və müttəfiqlərimizin S-400 almağına qarşıyıq".BAKU.WS
Oxşar xəbərlər
Naxçıvanda ordu ayağa qaldırıldı
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava hücumundan müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb....