Azərbaycan zenit raket komplekslərini hazır vəziyyətə gətirdi (VİDEO)

Azərbaycan zenit raket komplekslərini hazır vəziyyətə gətirdi (VİDEO)
Video
Hadisə 2443

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumata görə, intensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər