Aİ-nin sanksiya siyahısına Dmitri Peskov və ailə üzvləri də daxil edildi
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın Ukraynaya qarşı davam edən əsassız hərbi təcavüzü və onun ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirən və ya təhlükə yaradan digər hərəkətlərinə cavab olaraq əlavə 65 fiziki şəxs və 18 quruma qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu qərar bu gün qəbul edilən altıncı sanksiyalar paketinin tərkib elementidir.
Sənəddə deyilir ki, siyahıya daxil edilən 65 nəfərin arasında Buçada Rusiya ordusu bölmələrinin hərəkətlərinə rəhbərlik edən hərbi heyət, o cümlədən “Buça qəssabı” ləqəbli polkovnik Azatbek Omurbekov, Mariupol şəhərinin qeyri-insani mühasirəsinə görə məsuliyyət daşıyan, “Mariupol qəssabı” ləqəbli general-polkovnik Mixail Mizintsev və 2022-ci ilin martında – Xerson vilayətində Rusiya işğalı ilə əməkdaşlıq üçün yaradılan “Sülh və Asayiş Naminə Qurtuluş Komitəsinin” yaradılmasında iştirak edənlər də var.
Sanksiya tətbiq olunan şəxslər arasında Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov, həyat yoldaşı Tatyana Navka və qızı Yelizaveta Peskovanın da adı var.
Alina Kabaeva da Prezident Vladimir Putinin yaxın adamı kimi sanksiyaya məruz qalıb.
Sanksiyaya məruz qalan 18 quruma birbaşa və ya dolayı yolla Rusiya Federasiyası Silahlı Qüvvələrini və Rusiya Federasiyası Hökumətini dəstəkləyən müxtəlif şirkətlər, o cümlədən Rusiyanın ən böyük qiymətli kağızlar depozitarisi olan Milli Hesablaşma Depozitarisi daxildir.
Oxşar xəbərlər
ABŞ Qod Nisanova sanksiya tətbiq etdi
ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyaların növbəti paketini açıqlayıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiya hökumət rəsmilərinə...