Aİ koronavirus vaksinlərinin hazırlanması üçün 1 milyard avro vəsait ayıracaq
04
may
2020
19:00
Avropa İttifaqı koronavirus vaksinlərinin hazırlanmasının maliyyələşdirilməsi məqsədilə 1 milyard avro vəsait ayıracaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen beynəlxalq donor videokonfransında deyib.
Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron bu məqsədlə Fransanın 500 milyon avro ayıracağını vəd edib.
Videokonfrans zamanı Almaniyanın kansleri Angela Merkel vaksinin hazırlanmasının maliyyələşdirilməsi üçün 525 milyon avro, dünyada səhiyyə sisteminin möhkəmləndirilməsi üçün 1,3 milyard avro vəsait ayrılacağını bildirib.
Oxşar xəbərlər
Aİ koronavirus pandemiyası ilə mübarizəyə 15 mlrd. avro ayıracaq
Avropa İttifaqı (Aİ) koronavirus pandemiyası ilə mübarizə üçün 15 milyard avro ayıracaq. BAKU.WS-in xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ur...