Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev T.Yaqublunun vəziyyəti haqqında danışıb.

O Baku TV-yə bildirib ki, lazım olan bütün zəruri tibbi tədbirlər görülür:

“T.Yaqublu müvafiq olaraq qida qəbul eləməsə də, orqanizmə lazım olan məhlullar köçürülür. Tibbi yardımı adekvatdır. Həyati təhlükəsi yoxdur. Ancaq aclığı dayandırması çox vacibdir”.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev də Tofiq Yaqublunun təcili surətdə aclıq prosesini dayandırmasını təklif etdiklərini bildirib.

21:41

“Tofiq Yaqubluya tibbi baxış keçirildi. Onun ümumi vəziyyəti kafi-ağır olaraq qiymətləndirildi”.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlmasında TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev deyib.

O bildirib ki, T.Yaqublunun təcili surətdə aclıq prosesini dayandırması təklif edilib:

“Aclıq aksiyası davam edərsə, metobolizmdə gedən dəyişikliklər arta, onun vəziyyəti də ağırlaşa bilər. Hazırda vəziyyəti qiymətləndirilib və həyati təhlükəsi yoxdur. Amma ümumi fonda vəziyyəti kafi-ağır olaraq qiymətləndirilir”.

O, qeyd edib ki, T.Yaqublu yemək yeməsə də, su qəbul edir.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev isə deyib ki, Tofiq Yaqublunun durumu ilə bağlı lazım olan bütün zəruri tibbi tədbirlər görülür. Müvafiq olaraq qida qəbul eləməsə də, orqanizmə lazım olan məhlullar köçürülür. O bildirib ki, tibbi müdaxilənin hesabına T.Yaqublunun bugünkü vəziyyəti stabil olaraq saxlanılır.

“Onun vəziyyəti ilə bağlı şərait yaradılıb. Tibbi yardımı adekvatdır. Həyati təhlükəsi yoxdur. Ancaq aclığı dayandırması çox vacibdir. Bunu həm biz, həm də həkim heyəti ona tövsiyə edib. Orqanizmi daha da pis vəziyyətə gətirməmiş aclığı dayandırsa, daha yaxşı olar”.

Tofiq Yaqublunun səhhətinə “City Hospital” xəstəxanasında nəzarət edən tibbi ekspert Adil Qeybulla bildirib ki, burada onun üçün hər cür şərait yaradılıb. Lakin o aclığı davam etdirməkdə israrlıdır. Buna baxmayaraq, dəstək müalicəsi davam edir. Gündəlik yoxlamalar həyata keçirilir, qan təhlilləri yoxlanılır. Düşünürəm ki, bütün bunlar nəzərə alınaraq yaxın zamanda bu məsələ öz müsbət həllini tapacaq”.

A.Qeybulla onu da qeyd edib ki, T.Yaqublunun Apellyasiya məhkəməsinin sentyabrın 28-nə təyin edilməsindən xəbəri var.

BAKU.WS
VİDEO