Ərdoğandan göstəriş, 9 günlük tətil zamanı bunlar əhali üçün pulsuz olacaq

Ərdoğandan göstəriş, 9 günlük tətil zamanı bunlar əhali üçün pulsuz olacaq
Siyasət 21

Türkiyədə Ramazan bayramı ilə əlaqədar 9 günlük tətil zamanı körpülər və avtomobil yolları pulsuz olacaq.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan göstəriş verib.

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib ki, tətil günlərində əhalinin ictimai nəqliyyatın bütün növlərindən rahat istifadə etməsi üçün bütün göstərişlər verilib və addımlar atılıb.

O, həmçinin qeyd edib ki, qanunsuz daşımalarla məşğul olan, səyahət icazəsi olmadan fəaliyyət göstərən, icazəsiz yerlərdə sərnişin götürən və ya düşürən, həddindən artıq baha qiymətə avtobus biletləri satan şirkətlərə inzibati cərimələr tətbiq olunacaq.

Son xəbərlər