İstanbulda daha bir metronun açılışı olacaq - FOTOLAR

İstanbulda daha bir metronun açılışı olacaq - FOTOLAR
Foto
Siyasət 66

Türkiyənin İstanbul şəhərində yeni, Bakırköy-Kirazlı metro xəttinin istifadəyə verilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu açıqlama verib.

O, bildirib ki, İstanbulun ən sıx yaşayış məntəqələrindən birində və çətin relyef şəraitində dəqiq iş görərək tikintini tamamlayıblar.

“Ümumilikdə 16,9 kilometr tunel qazıntısı və 17 kilometr dəmir yolu xəttinin quraşdırılması işlərini başa çatdırdıq. Bu çərçivədə 7 stansiyada 105 min kvadratmetr qapalı sahənin tikintisini başa çatdırdıq".

Uraloğlu, metro xəttinin Kayaşehir-Bakırköy İDO arasında 39 dəqiqədə, Çam ilə Sakura Şəhər Xəstəxanası - İncirli arasında 31 dəqiqədə, Kayaşehir-Kirazlı arasında 27 dəqiqədə, Metrokent-Özgürlük Meydanı arasında isə 30 dəqiqədə səyahət imkanı təmin edəcəyini bildirib.

Son xəbərlər